Агаев И.Б.
О понятии идеальной совокупности преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Cəmiyyət. İdeologiya. Təfəkkür (məqalələr toplusu).
Bakı, 2004, s. 184—193. 0,8 çap vərəqi.
Məqalədə cinayətlərin ideal məcmusunun mahiyyəti açıqlanır. Qeyd olunur ki, ideal məcmunu təşkil edən cinayətlər arasındakı əlaqə real məcmunu yaradan cinayətlərin bir-biri ilə əlaqəsi ilə müqayisədə daha sıxdır. Müəllif hesab edir ki, ideal məcmunun təqsirin müxtəlif formalarına malik olan cinayətlərdən təşkil edilməsi halları daha çox yayılmışdır. Burada qəsdən və ehtiyatsızlıqdan törədilən cinayətlərin əlaqələndirilməsindən bəhs edilir. Yekunda müəllif belə bir nəticəyə gəlir ki, ideal məcmu süni şəkildə yaradılmış hüquqi konstruksiya deyildir və o, şəxs tərəfindən bir əməlin törədilməsi nəticəsində iki va ya daha çox müxtəlif cinayətin yaranması ilə real gerçəkliyi əks etdirir və tam əsaslı şəkildə cinayətlər çoxluğunun növü kimi qəbul edilməlidir.