Агаев И.Б.
О понятии множественности преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Ekologiya. Fəlsəfə. Mədəniyyət (elmi məqalələr toplusu). 37-ci buraxılış.
Bakı, 2004, s. 234—242. 0,7 çap vərəqi.
Məqalədə cinayətlər çoxluğunun anlayışı açıqlanır. Qeyd olunur ki, cinayətlər çoxluğunda başlıca olan əməllərin sayı deyil, cinayət tərkiblərinin sayıdır. Cinayətlər çoxluğu subyektinin hər bir cinayətkar davranış aktı öz cinayət-hüquqi əhəmiyyətini saxlamalıdır. Bu onunla izah olunur ki, hər bir törədilmiş əmələ görə cinayət cəzası təyin edilə bilər. Müəllif cinayətlər çoxluğunu şəxsin törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, habelə törədilmiş cinayətlərdən ən azı ikisinə görə cinayət-hüquqi nəticələri istisna edən halların olmadığı halda onun tərəfindən müstəqil cinayət tərkibi əlamətlərinin mövcud olduğu iki və ya daha artıq cinayətin törədilməsi kimi müəyyən edir və qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq təkliflərini irəli sürür.