Агаев И.Б.
Уяснение сущности преступления – важнейший фактор при определении понятия и форм множественности преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri.
Bakı, 2003, № 1–2, s. 256—264. 0,8 çap vərəqi.
Məqalənin əvvəlində qeyd olunur ki, cinayətlər çoxluğu cinayət qanunu ilə nəzərdə tutulmuş bir neçə hüquq pozuntusunun eyni şəxsin davranışında birləşməsindən ibarətdir. Çoxluğa daxil olan hər bir əməl mütləq şəkildə müstəqil cinayət tərkibindən ibarət olmalı və cinayət-hüquqi əhəmiyyətini saxlamalıdır. Daha sonra cinayətlər çoxluğunun anlayışının və formalarının düzgün müəyyən edilməsi məsələsinin reallaşmasının həm cinayətlər çoxluğunun özünün anlayışının, əlamətlərinin və xüsusiyyətlərinin, həm də cinayətin mahiyyətinin aydınlaşdırılmasını tələb etməsi barədə müddəa əsaslandırılır. Törədilmiş əməlin cinayət kimi dəyərləndirilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmənin fəaliyyətində çox mühüm mərhələni təşkil edir.