Агаев И.Б.
Проблемы совершенствования уголовно-правовых норм, регулирующих ответственность за множественность преступлений.
«Закон» hüquq jurnalı.
Moskva, 2003, № 10, s. 54—66. 1,5 çap vərəqi.
Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət hüququ elminin və cinayətkarlıqla mübarizənin inkişafındakı şübhə doğurmayan dəyərliliyinə rəğmən, sözügedən qanunda cinayətlər çoxluğu probleminə aid məsələlərin həlli mükəmməl deyildir, belə ki, burada həm ictimai təhlükəli əməllərin tövsifi, həm də cinayətlər coxluğuna görə cəza təyin edilməsi ilə bağlı bir çox həll olunmamış məsələlər mövcuddur. Müəllif hesab edir ki, bu məsələlərin həll olunmaması çoxluğun müxtəlif mənalı şərhinə və nəticə etibarilə, məhkəmə-istintaq praktikasında çoxsaylı səhvlərə gətirib çıxara bilər ki, bunu da qanunun tətbiqi praktikasındakı çatışmamazlıqlar sübut edir. Buna əsaslanaraq, müəllif qeyd edir ki, cinayətlər çoxluğunun müəyyən edilməsi ilə bağlı məsələlərin əhəmiyyəti, çoxluğun və onun ifadə formalarının tənzimlənməsi sferasında Azərbaycan Respublikası cinayət qanunvericiliyindəki boşluqlar cinayətlər çoxluğunu tənzimləyən cinayət-hüquqi normaların təkmilləşdirilməsi zərurətini yaradır.