Aghayev I.B.
Facultative signs of the crime objective aspect.
Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri.
Bakı, 2015, № 1–2, s. 238—244. 0,6 çap vərəqi.
Sözügedən məqalədə cinayətin obyektv cəhətinin fakultativ əlamətlərindən, onların anlayışından, təsnifatından və əhəmiyyətindən bəhs edilir. Müəllif qeyd edir ki, fakultativ əlamətlər başqa hüquqi əhəmiyyətə malikdir. Bu əlamətlər, qanunun onları konkret cinayətin üzvi əlamətləri sırasına daxil etmədiyinə görə fakultativ adlanır. Onlar cinayətin özünün taleyinə deyil, yalnız onun hüquqi nəticələrinə (özü də müəyyən dərəcədə) təsir göstərə bilərlər. Fakultativ əlamətlər faktiki olaraq cinayət tərkibinin hər bir elementində olur və konkret əməlin daha dəqiq müəyyənləşdirilməsinə və cəzanın fərdiləşdirilməsinə kömək edir. Cinayətin obyektv cəhətinin fakultativ əlamətlərinin rolu kifayət qədər müxtəlifdir. Onlar bəzi hallarda həmin cinayətin xarakterini dəyişir və bu da qanunvericiyə törədilmə üsullarına görə fərqlənən müstəqil cinayət növlərini fərqləndirilməyə əsas verir.