Aghayev I.B.
Motive and purpose of a crime.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 8, s. 81-86. 0,5 çap vərəqi.
Sözügedən məqalədə cinayətin motiv və məqsədindən bəhs edilir. Müəllif qeyd edir ki, cinayətin motivi, şəxsin müəyyən tələbatları və maraqları ilə şərtləşən və onda cinayət törətmək qətiyyəti yaradan daxili meyllərdir. Cinayətin məqsədi, konkret cinayəti törədərkən şəxsin nail olmağa çalışdığı gələcək nəticənin xəyali təsəvvürü, modelidir. Subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəddən yalnız qəsdən törədilən cinayətlərlə bağlı, yəni qanunla qorunan sosial əhəmiyyətli dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin mövcud olduğu hallarda danışmaq olar. Təqsirin ehtiyatsızlıq formasında isə şəxsin cinayət törətməyə meyli olmur, onun əməlləri ictimai təhlükəli nəticələrin baş verməsinə yönəlmir. Bu həm cinayətkarcasına özünəgüvənməyə, həm də cinayətkarcasına etinasızlığa aiddir. Bunların mövcud olduğu hallarda cinayətin motiv və məqsədlərindən deyil, özlüyündə zərərli nəticələrin baş verməsinə gətirib çıxarmış davranışın motiv və məqsədlərindən danışmaq olar. Burada davranışın motivi (məqsədi) ilə baş vermiş ictimai təhlükəli nəticə arasında daxili əlaqə yoxdur.