Aghayev I.B.
The concept of crime.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 2, s. 87—94. 0,6 çap vərəqi.
Sözügedən məqalədə cinayətin anlayışından bəhs edilir. Müəllif qeyd edir ki, cinayətin anlayışı cinayət hüququnun mühüm kateqoriyasıdır. Məhz bu anlayış cinayət hüququnun predmetini yaradır. Cinayəti tədqiq edən və onun anlayışından istifadə edən bütün fənnlər və sahələr cinayət hüququnda verilən əsas anlayışdan istifadə edirlər. Daha sonra müəyyən edilir ki, bir çox hallarda əməl başqa insanlara və ya ətraf aləmin müxtəlif əşyalarına fiziki təsir kimi təzahür edir. Bəzən cinayət-hüquq normasının dispozisiyası ictimai təhlükəli əməlin müəyyən edilməsi üçün insan davranışı aktlarının məcmusunu nəzərdə tutur. Bəzi hallarda ictimai təhlükəli əməl sözlərin yazılması və ya ifadəsi yolu ilə törədilir. Bəzən isə, müəyyən konkret jestlərin edilməsi də cinayət hesab oluna bilər. Nəhayət, cinayət, şəxsin konkret halda etməli olduğu və edə biləcəyi hərəkətləri etmədiyi təqdirdə də meydana çıxa bilər.