Aghayev I.B.
The general concept of corpus delicti.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 3, S. 91—99. 0,8 çap vərəqi.
Sözügedən məqalədə cinayət tərkibinin ümumi anlayışından bəhs edilir. Cinayət tərkibinin əlamətləri və təsnifatının əsasları müzakirə edilir. Müəllif qeyd edir ki, təsnifatın əsasına tədqiq edilən obyektin ən əhəmiyyətli əlaməti qoyulmalıdır. Təsnifat — predmetlərin kateqoriyalara bölünməsinin dayanıqlı, uzun müddət ərzində tətbiq edilən sistemi, eləcə də daha yuxarı sinifdən daha aşağı sinfə doğru şaxələnmiş anlayışlar sistemi şəklində ardıcıl düzülüşüdür. Təsnifatın təkamüllük dərəcəsi bu və ya digər elmin nail olduğu biliklərin dərinliyinin və hərtərəfliliyinin göstəricisidir. Cinayət tərkiblərini müxtəlif əsaslar üzrə təsnif etmək olar. Cinayət hüquq nəzəriyyəsi və məhkəmə-istintaq praktikası üçün cinayət tərkiblərinin cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və cinayət tərkiblərinin quruluşuna görə təsnif edilməsi əhəmiyyətlidir.