Агаев И.Б.
Некоторые вопросы конкуренции уголовно-правовых норм.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2004, № 2, s. 128—132. 0,5 çap vərəqi.
Məqalədə cinayət-hüquq normalarının rəqabətinin mahiyyətindən və bu təzahürün mövcud olduğu hallardan bəhs edilir. Qeyd olunur ki, hüquq-mühafizə orqanları tərəfindən cinayət-hüquq normalarının rəqabətini çox vaxt cinayət qanunvericiliyinin tətbiqi prosesində, yəni cinayətlərin tövsifi, cəza təyin edilməsi, cəzadan azadetmə zamanı aradan qaldırmaq lazım gəlir. Müəllifin sözlərinə görə, cinayət-hüquq normalarının rəqabəti zamanı əməlin düzgün tövsifinin zəruri şərti rəqabət aparan normalar arasından əməlin sosial və hüquqi mahiyyətini daha tam əhatə edən normanın düzgün seçilməsidir. Daha sonra, normaların rəqabətinin «normaların kolliziyası» kimi anlayışla qarşılıqlı münasibəti məsələləri və cinayət-hüquq normalarının rəqabətinin növləri araşdırılır.