Aghayev I.B.
Subject of a crime and its obligatory features.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 9, s. 72—77. 0,5 çap vərəqi.
Sözügedən məqalədə cinayətin subyektindən və onun zəruri əlamətlərindən bəhs edilir. Müəllif qeyd edir ki, cinayətin subyekti qanunla cinayət kimi nəzərdə tutulmuş əməli törətmiş və həmin əmələ görə cinayət məsuliyyəti daşımaq iqtidarında olan şəxsdir. Cinayətin subyektinin əlamətlərin köməyi ilə qanunverici müəyyən cinayətlərə və ya cinayətlər qrupuna görə məsuliyyət daşıya biləcək şəxslərin dairəsini məhdudlaşdıdır və bununla da heç də istənilən hər bir şəxsin konkret növ cinayətin subyekti olmadığını bildirən müddəanı təsdiqləyir. Müəllifin sözlərinə görə, şəxs cinayət qanununda cinayət kimi nəzərdə tutulan əməli törətdikdə, anlaqlı olduqda və cinayət qanunu ilə müəyyən olunmuş və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatdıqda cinayətin subyekti ola bilər.