Агаев И.Б.
Проблемы регулирования уголовной ответственности за преступления, совершенные в виде промысла.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2003, № 2, s. 373—376. 0,6 çap vərəqi.
Məqalədə cinayətkar peşənin, yəni cinayətin peşə edilməsinin özəllikləri açıqlanır. Qeyd olunur ki, bu cinayətkar fəaliyyət dövlətdəki kriminogen vəziyyəri əks etdirərək, böyük ictimai təhlükəliliyə malikdir. Buna görə də, müəllif təklif edir ki, cinayətkar peşə və peşəkar cinayətkarlıq sferasında müəyyən rolu cinayət qanunvericiliyi də oynamalı və sözügedən fəaliyyət sferasını daha ciddi cəzalandırılan sfera kimi müəyyən etməlidir. Cinayəti mütəmadi şəkildə törədən şəxslərin cəmiyyətdə müəyyən edilmiş, hamılıqla qəbul olunmuş ictimai davranış normalarından imtina etməsi, dayanıqlı qeyri-ictimai baxışlar əldə etməsi, cəmiyyətə zidd həyat tərzi sürməsi və uzun müddət dövlətə və ya vətəndaşların şəxsi əmlakına ziyan vurması barədə müddəalar əsaslandırılır.