Aghayev I.B.
Stages of committing a crime.
«Beynəlxalq hüquq və inteqrasiya problemləri» hüquq jurnalı.
Bakı, 2015, № 2, s. 211—223. 1,2 çap vərəqi.
Sözügedən məqalədə cinayətin edilmə mərhələlərindən və onun növlərindən bəhs edilir. Müəllif qeyd edir ki, davranış aktının həyata keçirilməsinə qəsdin meydana gəlməsi (yaranma), qəsdin necə reallaşacağının düşünülməsi (formalaşma) və şəxsin hər hansı hərəkət edəcəyinin ətrafdakılara aydın olması (qəsdin özünü büruzə verməsi) kimi əməllər cinayət cəzasına səbəb ola bilməz. Belə ki, onlar ictimai təhlükəli əməldə öz fiziki təcəssümünü əldə etmirlər. Yalnız aktın edilməsinə hazırlıq, aktı etməyə cəhd və aktın başa çatması cinayət cəzasına səbəb ola bilər. Cinayət hüququnda cinayətkar fəaliyyətin mərhələləri cinayətin edilmə mərhələləri adlanır.