Агаев И.Б.
Системные свойства и связи уголовно-правового института множественности.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2009, № 6, s. 88-92. 0,7 çap vərəqi.
Məqalədə cinayətlər çoxluğu institutunun sistemli xüsusiyyətləri və əlaqələrinin mahiyyəti açıqlanır. Qeyd olunur ki, çoxluq anlayışı öz daxilində tədqiq olunmaqla səmərə verə bilməz, ona görə də, bu institutun mahiyyətini dərindən anlamaq üçün onun daxil olduğu sistemin bütün əlamətləri və orada olan əlaqələr araşdırılmalıdır. Sistemli metodun tətbiqi cinayətlər çoxluğuna əvvələn, qarşılıqlı əlaqəli elementlərin sistemi kimi, ikincisi, daha mürəkkəb sistemin elementi kimi baxılmasını nəzərdə tutur. Birinci halda tədqiqatın predmetini cinayətlər çoxluğunun formalarının, yəni təkrarlığın, məcmunun və residivin, ikinci halda isə, çoxluğun vahid institut kimi cinayət hüququnun digər institutları ilə qarşılıqlı əlaqələrinin öyrənilməsi təşkil edir. Müəllifin sözlərinə görə, Rusiya Federasiyasının Cinayət Məcəlləsindən təkrarlığın çıxarılması cinayət hüququnun spesifikliyi nəzərə alınmadan həyata keçirilmişdir. Mülki hüquqdan fərqli olaraq, cinayət hüququ vurulmuş zərərin ödənilməsinə deyil, cinayət qanununu pozmuş şəxs tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınmasına yönəldilmişdir. Nəticə etibarilə, mülki hüquq sanksiyasından fərqli olaraq, Cinayət Məcəlləsinin sanksiyası nəinki vurulmuş zərərin həcmini, habelə yeni qanun pozuntusu ehtimalını nəzərdə tutmalıdır.