Агаев И.Б.
Взаимосвязь уголовно-правового института множественности с множественностью иной отраслевой принадлежности.
«Пробелы в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2010, № 1, s. 135—141. 1 çap vərəqi.
Məqalədə cinayətlər çoxluğunun başqa sahələrə mənsub olan çoxluq institutları ilə əlaqəsinin xüsusiyyətləri açıqlanır. Cinayət hüququnun çoxluq institutunun təkmilləşdirilməsinin hər hansı bir mürəkkəb məsələsinin həllinin onun bütün sahəvi və sahələrarası əlaqələrinin nəzərə alındığı halda səmərə verə bilməsi barədə müddəa əsaslandırılır. Sonra qeyd olunur ki, məsuliyyətin diferensiasiyasının əsasını həm əməlin obyektiv xüsusiyyətləri, həm də şəxsiyyəti mənfi xarakterizə edən davranışın dayanıqlıq dərəcəsi təşkil edir. Şəxsiyyətin ictimai təhlükəliliyinin yüksək olması ilə sanksiyanın artırılması şərtləşir. Cinayət-hüquqi əhəmiyyət daşımayan təkrarlığın cinayət tərkibinin konstruktiv əlaməti kimi saxlanılması bunun əyani sübutudur. Müəllifin sözlərinə görə, Rusiya Federasiyasının həm Cinayət Məcəlləsinə, həm İnzibati Hüquqpozmalar haqqında Məcəlləsinə edilən son dəyişikliklər onu göstərir ki, qanunverici tədricən əvvəllər ləğv etdiyi təkrarlıq institutuna qayıdır.