Aghayev I.B.
Mistake in Criminal law.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 6, s. 71—78. 0,7 çap vərəqi.
Sözügedən məqalədə cinayət-hüquqi mənada səhvdən bəhs edilir. Müəllif qeyd edir ki, səhv sözünün mənası hərəkətlərdə və düşüncədə yanlışlıq deməkdir. Cinayət hüququnda səhv şəxsin öz əməlinin hüquqi xarakteri və ya törədilən əməlin ictimai təhlükəlilik xarakteri və dərəcəsini müəyyən edən faktiki hallarla bağlı yanlış fikirdə olmasıdır. Səhvlərin öz təsnifatı baxımından öyrənilməsi böyük maraq doğurur. Xarakterinə görə müəllif hüquqi və faktiki səhvləri fərqləndirir. Hüquqi səhv şəxsin törədilən əməlin hüquqi mahiyyəti və hüquqi nəticələri, yəni bu əməlin və onun nəticələrinin ictimai təhlükəli olub-olmaması, törədilmiş əməlin hüquqi tövsifi, eləcə də həmin əmələ görə təyin oluna biləcək cəzanın həcmi ilə bağlı yol verdiyi yanlışlıqlardan ibarətdir. Faktiki səhvi isə müəllif şəxsin törətdiyi əməlin obyektiv əlamətləri kimi çıxış edən faktiki hallarla — cinayətin obyekti və obyektiv cəhəti ilə bağlı yanılması kimi müəyyən edir.