Aghayev I.B.
Significance of corpus delicti.
Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.
Bakı, 2015, № 1–2, s. 79—91. 1,1 çap vərəqi.
Sözügedən məqalədə cinayət tərkibinin əhəmiyyətindən bəhs edilir. Müəllif qeyd edir ki, cinayət tərkibi cinayət məsuliyyətinin vahid, zəruri və yetərli əsası, habelə cinayətlərin tövsifinin yeganə vasitəsidir. Cinayətlərin tövsifinin obyektivlik, həqiqilik, dəqiqlik və tamlıq kimi funksiyaları müzakirə edilir. Daha sonra əsaslandırılır ki, əsas məsələ tövsifedici əhəmiyyəti olan əlamətlərin müəyyən edilməsidir. Buna cinayət tərkibinin konstruksiyası, yəni cinayət qanunu ilə müəyyən olunmuş və ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirən obyektiv və subyektiv əlamətlərin məcmusu xidmət edir. Beləliklə, şəxsin müəyyən bir cinayətin törədilməsində təqsirləndirilməsi üçün zəruri olan əlamətləri özündə əks etdirən cinayət tərkibi ictimai təhlükəli əməlin tövsifinin qanunvericilik modeli kimi çıxış edir. Bu əlamətlərin zəruriliyi ondadır ki, onlardan hər hansı birinin olmaması cinayət tərkibinin də olmamasına gətirib çıxarır.