Агаев И.Б.
О рецидиве в уголовном праве.
Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları.
Bakı, 1998, s. 102—106. 0,3 çap vərəqi.
Məqalədə cinayətlərin residivinin bəzi məsələləri qısa şəkildə araşdırılır. Qeyd olunur ki, residiv nəinki bir neçə epizoddan təşkil olunmuş, habelə bir-birindən zaman kəsiyi ilə ayrılmış cinayətkar əməllərin toplusudur. Residivin fərdi əsasının olması barədə müddəa əsaslandırılır, yəni şəxsin residiv hesab edilməsi məsələsini həll edərkən, məhkəmə təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və motivini, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsini, təqsirkarın törədilmiş cinayətdə iştirakının xarakterini və dərəcəsini və işin digər hallarını nəzərə almalıdır. Daha sonra cinayətlərin residivinin bəzi xüsusiyyətləri müəllif tərəfindən təhlil edilir.