Aghayev I.B.
The problem of insanity in Criminal Law.
«Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elmlərinin və təhsilinin inkişafında rolu» mövzusunda beynəlxalq konfransın materialları.
Bakı, 2015, s. 80-88. 0,8 çap vərəqi.
Sözügedən məqalədə anlaqsızlıqdan və onun cinayət-hüquqi əhəmiyyətindən bəhs edilir. Müəllif qeyd edir ki, psixi pozuntusu olan şəxslərin ictimai təhlükəli əməlləri onların xəstə vəziyyətləri ilə şərtləşir. Belə adamların cəmiyyətə hansı ağırlıqda zərər vurmalarından asılı olmayaraq, onların həmin zərərə görə təqsirləndirilməsi üçün heç bir əsas olmur. Anlaqsız vəziyyətdə olanlara qarşı cəzanın tətbiq edilməsi ədalətsizlik olardı və bunu etmək həm də ona görə məqsədəuyğun deyildir ki, onların cəzalandırılması ilə cəzanın məqsədinə nail olunması — məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması qeyri-mümkündür. Hüquqi və tibbi meyarların məcmusu təqsirin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb etmə üçün zəruri ilkin şərtlərin mövcud olmadığını göstərir. Müəllifin sözlərinə görə, hüquqi meyar ictimai təhlükəli əməl törədilərkən şəxsin şüur və iradəsinin pozulma dərəcəsini səciyyələndirir.