Агаев И.Б.
Вопросы рецидива преступлений в Уголовном кодексе Азербайджанской Республики.
Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası.
Bakı, 2002, № 4, s. 257-263. 0,5 çap vərəqi.
Məqalə cinayətlərin residivinin cinayət qanunvericiliyində təsbiti məsələsinə həsr edilmişdir. Qeyd olunur ki, cinayətlərin residivi yüksək ictimai təhlükliliklə səciyyələnir. Residivin yüksək ictimai təhlükəliliyi ondan ibarətdir ki, o, şəxsin cəmiyyətdə qəbul olunmuş normalara inadkarlıqla riayət etməməsindən, barəsində görülmüş tədbirlərə baxmayaraq, öz problemlərini kriminal yollara həll etməsindən xəbər verən cinayətkarlıq keyfiyyətlərini ifadə edir. Bundan sonra müəllif tərəfindən cinayətlərin residivinə görə məsuliyyət müəyyən edən normaların müddəaları araşdırılmış, nəticələr çıxarılmış və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürülmüşdür.