Aghayev I.B.
Criminal law of the Azerbaijan Republic: the essence, system, objectives, functions and principles.
«Beynəlxalq hüquq və inteqrasiya problemləri» hüquq jurnalı.
Bakı, 2014, № 3, s. 271—278. 0,8 çap vərəqi.
Sözügedən məqalədə Azərbaycan Respublikası cinayət hüququnun anlayışından bəhs edilir. Burada cinayət hüququnun hüquqi tənzimləmə predmeti və metodu, vəzifələri, funksiyaları və bütün pinsipləri müzakirə edilir. Müəllif qeyd edir ki, hüquq prinsipləri həm obyektiv, həm də subyektiv kateqoriyadır. Onların obyektivliyi özlərində cəmləşən əsas ideyaların cinayətkarlıqla mübarizə sahəsindəki obyektiv tələbatı əks etdirməsində və həm hüququn konkret normalarında, həm də hüquqtətbiqetmə fəaliyyətində reallaşması zamanı öz məcburi təcəssümünü tapmasında ifadə olunur. Prinsiplərin subyektivliyi onların insanların şüurlu fəaliyyətinin məhsulu olması ilə müəyyən edilir. Prinsiplər onların obyektiv qanunauyğunluqlarının dərk edilməsi əsasında insanlar tərəfindən formalaşdırılır. Sonra onlar ictimai şüur tərəfindən qavranılır və hüquq ideologiyasının tərkib hissəsi qismində üzə çıxır.