Aghayev I.B.
Fighting bribery in the Azerbaijan Republic.
«Financial Regulation International» iqtisadi-hüquqi jurnalı.
London, 2015, Sentyabr, s. 3–17. 1 çap vərəqi.
Bu məqalədə rüşvətxorluq Azərbaycan Respublikasının qanunvericiliyi baxımından təhlil olunur, lakin bu anlayış, prinsip etibarilə, rüşvət və korrupsiya ilə bağlı beynəlxalq qanunvericiliyə uyğun fəaliyyət göstərən istənilən dövlətə qarşı tətbiq edilə bilər. Məqalədə rüşvət alma (passiv rüşvətxorluq), rüşvət vermə (aktiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) kimi əsas terminlər müəyyən edilir; rüşvətxorluğun predmeti, obyekti, subyektiv cəhətləri, bu hüquq pozuntusunun forma və növlərini təsvir edilir; cinayət təşkil edən tövsifedici meyarlar təhlil edilir; habelə yerli qanunvericilik beynəlxalq hüquqla, xüsusən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası, Avropa Şurasının Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyası ilə müqayisə edilir. Müəllif rüşvətxorluğu müxtəlif aspektlərdən təhlil etməklə, oxucunun bu cinayətin mahiyyətini hərtərəfli anlamasına şərait yaradır. Məqalə alimlər, hüquqşünaslar, dövlət və yerli hakimiyyət orqanlarının vəzifəli şəxsləri, habelə rüşvətxorluqla bağlı fəaliyyəti dərindən anlamaq istəyən iş adamları və təşkilat rəhbərləri üçün maraq kəsb edəcəkdir.