Aghayev I.B.
The concept and structure of the criminal statute of the Azerbaijan Republic.
Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Humanitar elmlər seriyası. 40-cı buraxılış.
Bakı, 2014, s. 73—79. 0,5 çap vərəqi.
Sözügedən məqalədə Azərbaycan Respublikası cinayət qanununun anlayışından və strukturundan bəhs edilir. Müəllif qeyd edir ki, əməllərin cinayət və cəzalanmalı olmasını müəyyən edən cinayət qanunu hüquq-tətbiqetmə orqanlarının qanunçuluğu qərəzli pozanlara yönəltdiyi qüdrətli mühafizə silahıdır. Yalnız o, qadağanedici hüquqi akt olmaqla, cinayət cəzasının təhdidi altında bəzi kateqoriyalı şəxslərə cinayət hesab olunan ictimai təhlükəli, hüquqazidd əməlləri törətməyə imkan vermir. Digər qanunlar kimi, cinayət qanunu da ölkədə baş verən cəmiyyət və dövlət həyatındakı dəyişiklikləri əks etdirməlidir. O, mövcud olan ictimai tələbatlardan geri qala bilməz və bu zaman yaranmış problemlərə reaksiya verməlidir.